KREDİTLƏR

ONLİNE ÖDƏMƏ SİSTEMİ ARTIQ SİZİN XİDMƏTİNİZDƏ!
23 İyun 2015

Parabank müştərilərə borclarını və ödənişlərini bankın rəsmi səhifəsi vasitəsilə  onlayn ödəmək imkanı yaradan xidməti təqdim edir. 
Bu xidmət banka getmədən, 24 saat real vaxt rejimində  asan, operativ və etibarlı olaraq “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Cari hesablara vəsaitlərin mədaxili” kimi bank əməliyyatlarını həyata keçirməsi üçün imkan yaradır.

Хidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Bankın rəsmi saytı vasitəsilə “Onlayn Ödənişlər” səhifəsinə daxil olub məlumatların eyniləşdirilməsi üçün doğum tarixi və bank hesabı üzrə qeydiyyat nömrəsi (müştəri kodu) daxil edilməlidir.


Açılan səhifədə Kreditlərin, Depozitlərin və Hesabların siyahısı bölmələrindən istənilən bank əməliyyatlarını yerinə yetirmək mümkündür.   

Müştərinin krediti olduğu halda cari hesaba vəsait köçürüldükdən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək. Yatırılan vəsaitin ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.