BANK TARİXİ

1991  Yaranması      

 

  • Bankın yaranması və Mərkəzi bankdan lisenziyanın alınması

 

1991-2000  Özünü tanıtma dövrü     

 

  • Bankın inkişafının bu dövründə ölkəmizdə təxminən 300-ə yaxın bank fəaliyyət göstərirdi və bu dövr yüksək inflasiya və bankların müflisləşməsi ilə müşayiət olunurdu. O dövr üçün ən əsas vəzifəmiz müştərilərimizin inamını qazanmaq idi.
  • Bu dövrdə bank öz şəbəkəsini inkişaf etdirməyə başladı və Kommersiya Bankları Assosiyası və İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi.

 

2000-2007  Xarici Maliyyə İnstitutları ilə Əməkdaşlıq 

  • 2002-ci ildən Parabank Alman-Azərbaycan Fondu ilə əməkdaşlıq yaratmağa başladı və bu əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlıq üçün 2 mln Avro məbləğində kredit xətti əldə etmişdir.
  • 2003-cü ildə Pricewaterhousecoopers Parabankın illik hesabatını yoxlayaraq onun beynəlxalq İFRS standartına uyğun olunmasını təsdiq etdi.
  • Parabank Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu
  • Bank Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi.

 

2007-2014  Yüksək İnkişaf Dövrü

  • Bank 2008-2010-cu illəri əhatə edən strateji inkişaf planını tətbiq etdi.
  • Bank öz baş qərargahını Səməd Vurğun 60-da seçməklə tarixi bir addım atdı.
  • Bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvlüyünü əldə etmişdir.
  • Bank, Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsi seçilmişdir və ölkəmizin 26 bankında o cümlədən Azərpoçt-un 140 məntəqəsində bu pul köçürmə sisteminin yaranmasına nail olmuşdur.
  • Bank yüksək xidmət səviyyəsinə görə beynəlxalq İSO sertifikatı ilə (İSO 9001-2000) ilə təltif olunmuşdur.
  • Hal-hazırda bankın 16 filialı fəaliyyət göstərir. Bunlardan 8-i reqionlarda fəaliyyət göstərir. Həmçinin bankın yeni açılmış lakin hələlik lisenziya əldə etməmiş iki filialı vardır.


ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.