MİSSİYA VƏ STRATEGİYA

Missiya

Parabank danılmaz lider xüsusiyyətlərinə malikdir - sadiqlik, müstəqillik, düzlük, mütərəqqilik. Bizim Bank - xüsusi bir bankdır. Biz nəinki müştərilərə xidmət göstəririk, biz onların planlarının həyata keçirilməsində maliyyə məsələlərində köməklik edirik.

Etibarlılıq

Bizim Bank - etibarlı Bank kimi tanınır. Buna görə hamı bizimlə əməkdaşlıq edir, bizə vəsaitlərini etibar edir. Bizim peşəkarlığımız və texnologiyamız bank xidmətlərinin ümumi sahəsini təqdim edir. Bizim yeni tətbiq edilmiş proqramlarımız insanlara təhsil almaqda, mənzil əldə edilməsində, biznes fəaliyyətinin inkişafında şərait yaradır. Biz Sizin hər biriniz üçün çalışırıq. Biz səmərəli riskləri qəbul edib hər bir biznesin genişlənməsinə və inkişafına imkan yaradırıq.

Mütərəqqilik

Biz yeni sahələri genişləndiririk: risk-menecment, strateji idarəolunma, keyfiyyətin idarə olunması. "Sosial Eibarlı Bank" pozisiyası, yüksək təminata malik olmayan müştərilərə maliyyələşmə yolunu sadələşdirməyi nəzərdə tutur.

Aşkarlıq

Biz illərlə sürətli fəaliyyətimiz ərzində qazandığımız ad ilə fəxr edirik. Bizim müştərilərimiz bilir - Parabank - Etibarlıq deməkdir. Biz anlayırıq ki, Bizim Adımız - Bizim Sərvətimizdir. Biz əminik ki, vəsaitlərin idarə olunması düzgün olmalıdır və vəsaitlər yaradıcı məqsədlərə yönəldirilməlidir.

Bankın bazar mövqeyi ilə əlaqədar baxışları

Azərbaycan Hökümətinin ayrı-ayrı sahələr üzrə hər il apardığı islahatlar nəticəsində bütün növ hesablaşmaların böyük bir hissəsi banklar vasitəsi ilə aparılacaq, belə olan halda sahibkarlar və əhalinin müxtəlif təbəqələri əhatə edən müştəriləri kateqoriyalarına  sürətli və keyfiyyətli xidmət edən, onlarla birlikdə inkişafı hədəfləyən, etibarlı və sosial məsuliyyətliyinin fərqində olan bir bankın xidmətlərindən istifadə etməyə qərar verəcəklər. Bu kontekstdə  "Parabank" ASC  regionlarda geniş təmsil olunacaq öz müştəri xidməti şəbəkəsi və yüksək professionallıq, özlərini "lider" kimi  hiss edən dayanıqlı komandası ilə irəliləyən illərdə bazar mövqeyini daha da möhkəmləndirmək əzmindədir və buna tam hazırdır. Şəraitin bu cür tendensiyası tələb edir ki, "Parabank" ASC dinamik inkişaf strategiyasına və həmin inkişafı dəstəkləyən kifayət qədər kapitala malik olsun və bütün bu faktorlar  strateji hədəflərin düzgün müəyyən olunmasında nəzərə alınmışdır.

  

"Parabank" ASC-nin əsas məqsədlərindən biri - ölkənin maliyyə bazarında onun rəqabət qabiliyyətli bir bank kimi formalaşmasından və tanınmasından ibarətdir. "Parabank" ASC hal-hazırda yerli maliyyə bazarının fəal iştirakçısıdır, növbəti srateji dövr üçün onun dünya maliyyə bazarlarına çıxışı və beynəlxalq maliyyə bazarlarının aktiv subyektinə çevrilməsi nəzərdə tutulur, bununla da bazarlardan ucuz və uzunmüddətli resurslar cəlb etmək və müştərilərin maliyyə resurslarına olan təlabatını daha səmərəli ödəmək məqsədlərdən biridir.    Bank gəlirlərinin əksər hissəsini infrastrukturunun inkişafına, texnoloji təchizata və personalın peşəkar inkişafına reinvestisiya edir, bununla da öz aktivlərinin və səhmlərinin real dəyərini artırır. "Parabank" ASC müştəriləri ilə qarşılıqlı öhdəliklərin qeydsiz-şərtsiz yerinə yetirilməsinə, qarşılıqlı hörmətə və etibara əsaslanan partnyor münasibətlərini davamlı olaraq inkişaf etdirir.

 

Bankın əsas prioritetləri aşağıdakılardır:

 

  • Bankın bütün fəaliyyət aspektlərinin sistemləşdirilməsi hesabına menecmentin keyfiyyətinin artırılması;
  • Bütün fəaliyyət istiqamətləri üzrə Bankın davamlı olaraq beynəlxalq standartlar səviyyəsinə  çatdırılması;
  • Peşəkar hazırlığın dərinləşdirilməsi və korporativ mədəniyyətin formalaşdırılması yolu ilə "İnsan kapitalının" keyfiyyətinin artırılması;
  • Bazarın məqsədli seqmenti və bu seqmentin müştərisinə diqqəti təmin edən bazara istiqamətləndirilmiş funksional yönümlü təşkilati strukturun formalaşdırılması;
  • Müştəri portfelinin məqsədli seqmenti üzrə tələbatın hərtərəfli öyrənilməsi;
  • Əməliyyatların, məhsulların və xidmətlərin beynəlxalq tələblərə uyğun standartlaşdırılması;
  • Göstərilən xidmətlərin keyfiyyətinin kəmiyyətcə ölçülmə sisteminin təkmilləşdirilməsi və tətbiqi;
  • Bankın fəaliyyət sisteminin təkmilləşdirilməsi prosesinə bütün personalın cəlb edilməsinin təmin edilməsi;
  • Vəsaitlərin və gəlirlərin mənbələrinin diversifikasiyası;
  • Bankın regional şəbəkəsinin idarə olunma sisteminin təkmilləşdirilməsi;
  • Bankın bütün strukturu üzrə davamlı və sürətli əlaqə sisteminin təkmilləşdirilməsi;
  • Diversifikasiya olunmuş gəlirli kredit və investisiya portfelinin formalaşdırılması;
  • Xərclərin sistematik azaldılması istiqamətində aparılan əməliyyatlara ciddi nəzarət edilməsi;
  • Bankda peşəkar əməkdaşların saxlanılması istiqamətində uğurlu kadr siyasətinin aparılması üçün sosial proqramların keçirilməsini nəzərdə tutan təkmil motivasiya sisteminin yaradılması.

 




ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.