KARTLAR

“3D Secure” indi bizim kartlarda!
5 Mart 2015

Artıq PARABANK-ın VISA kart sahibləri internet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində"3D Secure" adlıən müasir texnologiyanın köməyilə mümkündür. 

«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq vəİnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək imkanı yaradan yeni texnologiyadır.

Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə“AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır.

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri “AzeriCard” səhifəsinə keçir, orada "3D" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi keçirir.

3D Secure parolu əldə etmək və qeydiyyatdan keçmək aşağıdakı variantlarda mümkündür.

  1. Bankomatın menyusundan "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsi seçilməli, birdəfəlik parollar qeyd edilmişçek çap olunmalı vəwww.azericard.com/3d səhifəsində qeydiyyatdan keçilməlidir.
  2. https://acs.3dsecure.az/way4acs/enroll linkə daxil olaraq kartın üzərindəki 16 rəqəmli nömrəni, kartın bitmə tarixini, CVV nömrəni və müştərinin istəyinə uyğun şifrəni təyin etmək
  3. https://acs.3dsecure.az/way4acs/enrolllinkə daxil olaraq “SMS birdəfəlik parollar” bölməsini seçməklə telefona gələn kod vasitəsilə

Ətraflı məlumat almaq üçün 3D Secure_VbV.pptxsıxın.

3D parolunun qeydiyyatı pulsuzdur.

Hər hansı sualınız yaranarsa bankın müştəri xidmətləri departamenti (+994124471000) və ya Call Centre-lə (139)əlaqə saxlaya bilərsiniz. 



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.