DİGƏR XİDMƏTLƏR

Parabank-dan “MobilBank” xidməti
4 İyul 2016

 

"Parabank" ASC müştərilərinə bankın filial və ofislərinə gəlmədən bankın xidmətlərindən istifadə imkanı yaradır. 
Müştərilər "Parabank"ın  Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefonlar üçün təklif etdiyi "MobilBank" xidmətinə qoşulmaqla dünyanın istənilən nöqtəsindən kart hesabını idarə edə və əməliyyatları həyata keçirə bilərlər. Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı, Сard to Card, itki hallarında kartların blok edilməsi, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini "MobilBank" xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.
"MobilBank" xidmətinə qoşulmaq üçün ATM-dən müvafiq şifrələri əldə etmək (bankomatın menyusu - "Xidmətlər" - "Mobilbank" qeydiyyatı -şifrələrin çap edilməsi ) və proqramı  "PlayMarket"dən yükləmək kifayət edir. https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilPAR.app

 



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.