SOSİAL CAVABDEHLİK


Parabank artıq 23 ilə yaxındır ki, öz biznesinin aparılan prinsiplərinə sadiqdir. Bankın işinin ayrılmaz hissəsi -Yeni xidmətlərin tətbiq edilməsidir, hansı ki müştərilərə komfortlu, təhlükəsiz mühit yaradır. Axırıncı yaradılan layihələrdən biri də Təhsil və Səhiyyə işçilərinə, kiçik sahibkarlara "Qrup şəklində" rəsmiləşən kreditlərdir. Ticarət, istehsal, sahibkarlıq fəaliyyətinin inkişafına ayrılan mikro və M.S.İ kreditlər - bank işinin əsas istiqamətidir. Çünki, "Sosial Etibarlı Bank " mövqeyi, aylıq gəliri yüksək olmayan  müştərilərə kömək məqsədi ilə maliyyələşməyə asan yol yaradır.

Hal-hazırada Azərbaycanın müxtəlif  ərazilərində yeni filiallar açılmaqdadır. Filialların ümümi sayı 18, regionlarda yerləşən filialların sayı isə 7 çatmışdı. Bu xüsusiyyət regionlarda mikro və kiçik sahibkarlığın inkişafına imkan yaradır.

Bütün bunların təsdiqi Mix Market tərəfindən "Social performance blog"-da təşkil olunan məqalə və Parabankın yekun təhlilinə görə qazanmış Silver dərəcəsi və mükafatıdır.