XƏBƏRLƏR


Bakıda keçirilən Maliyyə İnnovasiyalar Forumunda Parabank ASC-nin nümayəndəsi təmsil olunmuşdur

Bu gün Bakıda  Maliyyə İnnovasiyalar Forumu (Azerbaijan Financial Innovation Forum 2014) keçirilib. SİA-nın məlumatına görə, forumda dünyanın PFS, “Saxo Bank”, APEX, CARD, “Credit Andorra Bank”, Sankt-Peterburq Birjası, “Otkrıtie” Korporasiyası kimi innovasiya, maliyyə və hüquqi sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.

İki günlük qlobal forumun məqsədi Azərbaycanın maliyyə bazarının inkişafı və Bakının beynəlxalq maliyyə mərkəzlərindən birinə çevrilməsindən ibarətdir. Tədbir yerli maliyyə biznesinin, həmçinin banklar və lizinq şirkətləri üçün dünya miqyasında investisiya bazarında böyük oyunçular olan şirkətlərlə ikitərəfli görüşlərin keçirilməsi üçün gözəl imkanlar yaradacaq.

Qlobal Forumda Parabank ASC-ni Maliyyə Departamentinin əməkdaşı Günel Hakimxocayeva təmsil etmişdir.

 

PARABANK ASC-nin nümayəndəsi AMFA və MIX-in əməkdaşlığı ilə keçirilən seminarda iştirak etmişdir.

AMFA və MİX Marketin Azərbaycan nümayəndəliyi tərəfindən birgə keçirilən Mix Report sisteminə (online şəkildə birbaşa portala məlumatların daxil edilməsi yolu ilə cari və potensial investorlara hesabatların verilməsi) keçidlə bağlı təlimdə AMFA-nın üzvü olan Parabank nümayəndəsi Maliyyə departamentinin İİS və BMHS şöbəsinin müdir müavini Günel Hakimxocayeva iştirak etmişdir. Bu cür hesabatların təqdim edilməsi 01 may 2014-cü il tarixindən Günel Hakimxocayevaya həvalə edilmişdir. 

 

PARABANK ASC-nin nümayəndələri BOSCO konfransında

Belə ki, 2014-cü ilin 15-16 İyun 2014-cü il tarixində Abşeron – Marriot mehmanxanasında Bosco Conferencenin təşkilatçılığı ilə keçirilən Beynəlxalq İnvest Pro Azərbaycan 2014 Konfrans-Sərgi tədbirində Parabank ASC-nin nümayəndələri də (İH Sədr Müavini Rəcəb Hüseynov, FİSD-in Satış şöbəsinin müdiri Rüfət İsmayılzadə, Maliyyə Departamentinin əməkdaşı Günel Hakimxocayeva) iştirak etmişdir. Tədbirdə Avropa, MDB və Yaxın Şərqin 30 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir. Bu konfrans tədbiri çərçivəsində sərgi də təşkil edilmişdir. Bu sərgidə 20- eksponentin iştirakı təmin olunmuşdur.

 

PARABANK-DAN YENİLİK!

İndi Siz ən əlverişli şərtlər ilə girovun 200 % həcminədək, həmçinin, hədiyyələr qazanaraq "Lombard +" kreditini əldə edə biləcəksiniz.

301 manatdan 600 manatadək kredit alan müştəriyə - 1 manatlıq;
601 manatdan 1000 manatadək – 2 manatlıq;
1001 manatdan artıq isə - 3 manatlıq telefon danışıq kartları HƏDİYYƏ!

Filiallarımıza yaxınlaşaraq 10 dəqiqə ərzində kreditinizi alın.
Məbləğ: 15 000 AZN-dək
Müddət: 36 aya - dək
FİFD: 29.9 %-dən
Əlavə məlumat üçün 139 məlumat mərkəzinə müraciət edə bilərsiniz.

 

Parabank-da ödəmələr et - hədiyyə qazan!

“Parabank”da işıq, qaz və su ödənişləri et danışıq kartı hədiyyə qazan və yaxud təklif olunan danışıq kartlarını pul vahidi ilə əvəz edin! Həmçinin Parabankda mobil rabitə, cərimə, vergi, kabel və internet ödənişlərini də həyata keçirdə bilərsiniz. 

Bizim xidmətlərdən yararlanın və hədiyyələr qazanın! 

Əlavə məlumat üçün Banka zəng 139 xidmətindən faydalana bilərsiniz!